QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Dec 2021, 22:13
Polşa hakim partiyasının sədri: "Almaniya 4-cü Reyxi qurmaq istəyir"

Polşanın hakim "Hüquq və Ədalət" Partiyasının qurucusu və sədri Yaroslav Kaçinski Almaniyanın siyasətini tənqid edib.

Qalanews xəbər verir ki, bu barədə "Wirtualna Polska" məlumat yayıb.

Kaçinski qeyd edib ki, Almaniya 4-cü Reyxi qurmaq istəyir, lakin Polşa buna imkan verməyəcək.

Oktyabrın sonunda Avropa İttifaqı Varşavaya məhkəmələrin islahatı üçün gündə bir milyon avro cərimə ödəməyə qərar verdikdən sonra Polşa ilə birlik arasında münasibətlər pisləşib.

Deputat Yanuş Kovalskinin sözlərinə görə, Avropa İttifaqı Polşaya qarşı "hibrid" müharibənin yeni mərhələsinə başlayıb. O, hökuməti Brüsseldə qanunun aliliyi bərpa olunana qədər təşkilatı boykot etməyə və onun bütün qərarlarını əngəlləməyə çağırıb.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR