QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Dec 2021, 13:42
Artileriyamızın dəqiqliyi rusiyalı jurnalisti heyrətə gətirdi - "Nöqtə atışı ilə vurublar"...VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu.
 
Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb.

Məsələn, Rusiya mətbuatında Qarabağda - Qırmızı Bazar istiqamətində 2020-ci ilin 16 oktyabrında çəkilmiş görüntülər yayımlanıb.

Görüntülərdə Qırmızı Bazar istiqamətində məhv edilmiş erməni artilleriyası əks olunub. Sözügedən texnikanın Xocavənd istiqamətinə hərəkət etdiyi ehtimal olunur. Lakin bölmələrimizin sərrast atəşi nəticəsində erməni qoşunlarının D-30 toplarından ibarət artilleriya divizionu demək olar ki, tam şəkildə məhv edilib.

Videoda həmçinin ordumuzun "Bayraktar” yoxsa artilleriya zərbəsi endirdiyini bilməyən müxbir sadəcə bir şeyi konkret ifadə edir: "Zərbə çox dəqiq endirilib”.





Baxış sayı: 2109



OXŞAR XƏBƏRLƏR