QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 22:20
Baydenin səhhətində problemlər yaranıb

ABŞ Prezidenti Cozef Baydenin səhhətində problemlər yaranıb.

Qalanews  "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden yaş yarımlıq nəvəsinin ona soyuqdəyməyə yoluxdurduğunu, buna görə də səsinin tutulduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, - Amerika lideri jurnalistlərin səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.

Noyabrın sonlarında Ağ Ev Cozef Bayden haqqında tibbi hesabat açıqlayıb. Müayinəni aparan həkim 79 yaşlı prezidentin öz vəzifəsinə yararlı olduğunu bildirsə də, müəyyən edilmiş bir sıra problemləri qeyd edib. Belə ki, kolonoskopiya zamanı Ağ Ev rəhbərinin bağırsaqlarında diametri üç millimetr olan xoşxassəli polip aşkar edilib.




Baxış sayı: 290



OXŞAR XƏBƏRLƏR