QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 22:13
İlin ən populyar mahnıları bəlli oldu

"iHeartRadio" 2021-ci ilin ən populyar mahnılarının siyahısını açıqlayıb.

Qalanews olay-a istinadən xəbər verir ki, bu ilin ən çox dinlənilən 10 mahnısını təqdim edir:

10-cu yerdə 660 milyondan çox dinlənilən Olivia Rodriqonun "Drivers license" mahnısıdır.

Bruno Mars, Anderson .Paak və Silk Sonikin "Leave The Door Open" ifası 692 milyon dəfə səsləndirilib və 9-cu pillədə qərarlaşıb.

Castin Biberin "Peaches" adlı mahnısı 696 milyondan çox dinlənilib və 8-ci yerdədir.

7-ci yerin sahibi yenə Olivia Rodriqodur. Onun "good 4 u" mahnısı 733 milyondan çox səsləndirilib.

"What You Know Bout Love" adlı ifayla Pop Smok 6-cı pillədədir. O, 810 milyon civarında dinlənilib.

Son illər yüksəlişdə olan Lil Nas İks "Call me by your name"lə 822 milyon dinlənilərək 5-ci yerdə qərarlaşıb.

4-ci yerdə Doca Kət və Szanın "Kiss me more" dueti yer alıb. Dinlənilmə sayı isə 888 milyondan çoxdur.

3-cü pillədə Airana Qrande ilə "34+35" mahnısı ilə qərarlaşıb. Mahnının 898 milyon səsləndirilməsi var.

Ze Vikend "Save your tears" mahnısı bu il 970 milyon dəfə dinlənilib. O, ikinci yerdədir.

Bu ilin ən çox dinlənilən mahnısı Dua Lipaya məxsusdur. "Levitating" 1 milyard 19 milyonla birinci pillədədir.




Baxış sayı: 296



OXŞAR XƏBƏRLƏR