QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 19:03
Məşhur insayder OnePlus 10 Pro smartfonunun dizaynını sərgiləyib

OnLeaks ləqəbli məşhur insayder hələ təqdim edilməmiş OnePlus 10 Pro smartfon modelinin dizaynını sərgiləyib. Təqdim edilmiş keyfiyyətli render fotoları smartfon dizaynının final versiyasının necə görünəcəyini sərgiləyirlər. Təqdim edilmiş məlumata əsasən OnePlus 10 Pro modeli 6.7 düym AMOLED ekrana sahib olacaq. Ekranın kənar hissələri bir qədər əyilmiş olacaqlar və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik çıxıntı yerləşəcək. Arxa kameraların yerləşmə tərzlərinə görə OnePlus 10 Pro-nun arxa paneli eyni anda həm Samsung həm də Apple smartfonlarını xatırladır. Arxa kameraların yerləşdikləri yerdə həmçinin İsveçin Hasselblad adlı brendinin adının həkk olunduğunu görmək olar.

Bu isə o deməkdir ki, OnePlus şirkəti bu fotoaparat istehsalçısı ilə əməkdaşlığı davam etdirəcək. Kameraların göstəriciləri barəsində məlumat olmasa da OneLeaks bildirib ki, smartfon 5 qat optik zoom özəlliyinin dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus 9 Pro modelinin teleobyektivi yalnız 3.3 qat optik zoom-u dəstəkləyir. Gözləntilərə əsasən OnePlus 10 Pro modeli Qualcomm-un flaqman prosessorunu və 125 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya həcmini əldə edəcək. İnsayderin məlumatına əsasən smartfonun satış qiyməti 1069$-dan başlayacaq. OnePlus 10 Pro-nun gələn ilin birinci yarısında təqdim ediləcəyi güman edilir.




Baxış sayı: 259



OXŞAR XƏBƏRLƏR