QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 11:51
Çin "omikron" ştamına qarşı peyvənd hazırlayır

Çində koronavirusun "omikron" ştamına qarşı peyvənd üzərində tədqiqat aparılır.

Qalanews  TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.

"Çin peyvəndləri koronavirusun əsas ştamlarına qarşı effektivliyini sübut edib. Biz "omikron" ştamına qarşı peyvəndin hazırlanması üzərində fəal işləyirik", - məlumatda deyilir.

Komitənin ilkin hesablamalarına görə, "omikron" delta ştamından daha yüksək yayılma qabiliyyətinə malikdir.

Bundan əvvəl Çinin "Sinovac Biotech" əczaçılıq şirkəti COVID-19 peyvəndini koronavirusun yeni ştamına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.




Baxış sayı: 252



OXŞAR XƏBƏRLƏR