QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2021, 21:05
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"

"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin, təxminən, 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub".

Qalanews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin olunursa, bu, əhalinin kütləvi vaksinasiyası nəticəsində mümkün olub: "İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".




Baxış sayı: 261



OXŞAR XƏBƏRLƏR