QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Nov 2021, 14:34
Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur

Hindistan hökuməti koronavirusun yeni “Omikron” növünə görə dekabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edir.

Qalanews “Times of İndia”ya istinadən xəbər verir ki, risk qrupuna aid ölkələrdən gələn bütün şəxslər, habelə həmin qrupa aid olmayan ölkələrdən gələn “təsadüfi” turistlər hava limanında test verəcək və nəticələr gələnədək oranı tərk etməyəcəklər. Testin cavabı müsbət çıxarsa, həmin şəxs təcili surətdə təcrid olunacaq, test isə daha ətraflı tədqiqat üçün laboratoriyaya göndəriləcək. Testi mənfi çıxan şəxslər isə 7 gün ərzində təcrid olunacaq, 8-ci gün isə təkrar testdən keçəcəklər.

Həmçinin gələn əcnəbilərin hamısı son iki həftə ərzindəki bütün səfərlərinə dair məlumat təqdim edəcəklər.

Koronavirusun yayılmasına görə, ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyonadək insan yoluxub və bunların 468,7 mini dünyasını dəyişib.




Baxış sayı: 236



OXŞAR XƏBƏRLƏR