QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Nov 2021, 01:05
Bakıda küçədə 5 yaşlı uşaq tapılıb

Bakıda küçədə 5 yaşlı uşaq tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 21-i axşam saatlarında Xətai rayonu, NZS qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına 5 yaşlı uşağın küçədə qalması barədə məlumat daxil olub. Daha sonra uşağın yeri müəyyən edilib və o, sığınacağa aparılıb.

Uşaq adının Arif olduğunu deyir. Polis əməkdaşları isə onun diləndirildiyini güman edirlər.

Hazırda Xətai RPİ-də uşağın yaxınlarının tapılması istiqamətində araşdırmalar aparılır.




Baxış sayı: 288



OXŞAR XƏBƏRLƏR