QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 22:04
Türkiyə Milli Təhlükəsizlik Şurası: "Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir"

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir.

Qalanews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir.

İclasda qeyd edilib: "Biz qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq".

Qeyd edək ki, 3 saatadək davam edən Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə edilib.




Baxış sayı: 274



OXŞAR XƏBƏRLƏR