QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 14:35
Şotlandiyada "Qarabağ"ın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

Şotlandiyada Aberdin" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar 65 yaşlı azarkeş həbs olunub.

Həmin şəxs "Pittordi" stadionunda 26 yaşlı gəncə hücumda ittiham olunur. İnsident avqustun 26-da görüşün ilk hissəsinin ortalarında baş verib.

Adı açıqlanmayan yaşlı şəxsin məhkəməsi yaxın vaxtlarda olacaq.

Polis araşdırmanın yekunlaşmasında kömək göstərənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"ə ilk matçda 1:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə yüksəlib.




Baxış sayı: 318



OXŞAR XƏBƏRLƏR