Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Rusiya Federasiyası NATO ölkələrinin silahlı qüvvələrinin Ukrayna sularında və Qara dənizdə Rusiya sərhədlərinə yaxın ərazilərdə fəallığının artdığını qeyd edir.
Qalanews Ria novosti-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Kiyev Donbassdakı təmas xəttinə yeni qüvvələr və hərbi texnika toplamağa davam edir.
"Eyni zamanda NATO ölkələrinin silahlı qüvvələrinin Ukrayna ərazisində və Qara dənizdə Rusiya sərhədlərinə yaxın ərazilərdə fəallığının artması müşahidə olunur. 2021-ci il üçün alyansın müxtəlif ölkələri ilə Ukrayna ərazisində yeddi birgə hərbi təlim keçirməsi planlaşdırılır ", - deyə Zaxarovanın idarənin saytında dərc olunmuş şərhində bildirilir.
Onun sözlərinə görə, Rusiya ilə sərhədlər boyunca Ukraynada xarici dövlətlərin kəşfiyyat fəaliyyəti və Donbassda təmas xətti boyunca PUA və radioelektron vasitələrindən istifadə edilməsi halları aşkar olunub.
"NATO ölkələri tərəfindən Ukrayna silahlı qüvvələrinə maliyyə və maddi-logistika dəstəyi, ağır silahların tədarükü, Ukrayna hərbçilərinin qərb təlimatçıları tərəfindən kurslara cəlb olunması davam etdirilir", - deyə idarənin rəsmi nümayəndəsi əlavə edib.