Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Ermənistan müxalifəti hökumət binası qarşısındakı etiraz aksiyasını bu gün saat 18:00-da davam etdirəcək.
QALANEWS xəbər verir ki, bunu Daşnaktsutyun partiyasının nümayəndəsi Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız etirazçıları deyil, yoldan keçənləri saxlayaraq polis bölməsinə aparıb. Saxlanılanlar arasında Manukyanın oğlu da var.
Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyana gəlincə, Manukyan onun vəziyyətinin yaxşı olduğunu, şayiələrin əksinə, həkimə müraciət etmədiyini deyib.
Qeyd edək ki, erməni polisi İşxan Saqatelyanı bölməyə aparmağa çalışsa da, müxalifət tərəfdarları onu təhlükəsizlik qüvvələrinin əlindən ala bilib. Saqatelyan və tərəfdarları sürətlə aksiya yerini tərk edib, polis onların ardınca qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən ələ keçirib, bundan sonra Saqatelyanın dodağında qan olduğunu görüblər.
Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan Ekologiya naziri Romanos Petrosyanla 2 saatdan çox davam edən görüşdən sonra polis kordonunun müşayiəti ilə 3 nömrəli hökumət binasını tərk etmişdi.
-
Armen Sarkisyan yenidən Qasparyanla görüşdü
Yazar QalaNews 16:34 -
Yunanıstanda 6,2 bal gücündə zəzlələ oldu
Yazar QalaNews 15:34