Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
“Bundan sonra baş nazir öz iqamətgahını və ya başqa bir binanı yalnız bir sıra təhlükəsizlik işçilərinin müşayiəti ilə tərk etməli olacaq”.
QALANEWS xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.
Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: “Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır”.
O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.
Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.
-
Yunanıstanda 6,2 bal gücündə zəzlələ oldu
Yazar QalaNews 15:34 -
Sarkisyan vəd verdi: Qasparyanın istefası...
Yazar QalaNews 14:44