Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının serverinə geniş miqyaslı kiberhücum həyata keçirilib.
QALANEWS xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən provayder şirkətin avadanlıqları sıradan çıxıb.
“Cari prosesləri nəzərə alsaq, bu cinayət əməlinin haradan qaynaqlandığını təxmin etmək çətin deyil. Aydındır ki, konkret siyasi qüvvələr üçün cinayət demək olar ki, yeganə fəaliyyət formasına çevrilib. Hüquq-mühafizə orqanlarını qeyd olunan kiber cinayətləri araşdırmağa çağırırıq”, - məlumatda vurğulanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) də qurumun kompüterlərinə müxtəlif ölkələrdən kiberhücumlar olduğu bildirilib. DİN operativ tədbirlər nəticəsində hücumların qarşısını alıb.
-
Armen Sarkisyan yenidən Qasparyanla görüşdü
Yazar QalaNews 16:34 -
Yunanıstanda 6,2 bal gücündə zəzlələ oldu
Yazar QalaNews 15:34