Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Papirus çox illik ot bitkisidir. Papirus sözünün mənası "pa-p-pur" - "çaydan", bəzi alimlərin fikrincə isə "papoirro" - "hökümdara məxsus" deməkdir.
Müasir "Papirus" - Misir sözüdür və bir çox xalqın dilində qalmaqda davam edir. Yunanlar, almanlar, polşalılar, belaruslar kağıza "papirro, papero" deyirlər. Papiros sözünün də məhz bu sözdən götürüldüyü güman olunur.
Şimali Afrika və Siciliya adasında çayqırağı və bataqlıq yerlərdə bitir. Hündürlüyü 3 metrə çatır. Yumşaq hissələrindən şirin şirə hazırlayırdılar. Gövdəsinin aşağı hissəsini qızardaraq qida kimi istifadə edirdilər.
Papirusun qabığından sandal (başmaq), gövdəsinin liflərindən parça hazırlayırdılar və bu parça kətandan daha yaxşı hesab olunurdu. Onun gövdəsindən balıqçılıqda, ovçuluqda və hətta gəmilərin hazırlanmasında istifadə olunurdu.
Roma tarixçisi Plininin məlumatına görə, misirlilər bu bitkidən hazırlanmış gəmilərdə Seylon adasına üzürdülər. Məşhur səyyah Tur Heyerdalın fikrincə, misirlilər belə gəmi ilə Atlantik okeanını keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış "Ra" adlı qayıqda, Atlantik okeanını qət etmişdi.
-
Sağlam yaşamaq üçün necə yatmaq lazımdır?
Yazar QalaNews 22:29 -
Mədə həkimləri bunları yemir - Siyahı
Yazar QalaNews 21:30 -
“YouTube”da “TikTok”un analoqu var
Yazar QalaNews 01:00