Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
MƏDƏNİYYƏT
973
13 Jan, 2021 21:08
Əməkdar artist koronavirusdan VƏFAT ETDİ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.
Qalanews xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.
İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.
İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.
Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.
2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb
-
“Simpsonlar”ın ssenari müəllifi vəfat edib
Yazar QalaNews 17:13 -
Aktrisa haqqında həqiqətlər üzə çıxdı - FOTO
Yazar QalaNews 22:32