Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
İkinci Qarabağ müharibəsində Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi.
Qalanews Trend-ə istinadən bildirir ki, bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov deyib.
O, İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edib. Bildirib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınadılar, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəklədilər və beynəlxalq arenada səslərini ədalətin təzahürü üçün qaldırdılar.
Video Xəbər
Aktual Xəbər
Dövlət başçısı: "Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq"
113
15 Jan, 2021 14:26
Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
111
15 Jan, 2021 14:13