Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Rusiya
sülhməramlı əməliyyatının başlanğıcından Dağlıq Qarabağa 49 mindən çox qaçqın
qayıtmışdır. Qalanews Ria Novosti-yə istinadən bildirir ki, bu barədə
jurnalistlərə Rusiya Sülhməramlı Kontingent Mərkəzinin rəis müavini Dmitri
Perepelkin məlumat verib.
"Sülhməramlı kontingent qaçqınların
Dağlıq Qarabağ ərazisinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməyə davam
edir. Bu günə qədər 49 054 nəfər geri qayıtıb ", - deyə Perepelkin
bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasının sülhməramlıları,
tərəflərin təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə
məntəqəsində vəziyyətə gecə-gündüz nəzarət edirlər. Atəşkəs pozuntusu və hər
hansı təxribat qeydə alınmayıb.
Perepelkinin sözlərinə görə, Rusiya istehkamçıları Dağlıq
Qarabağ ərazisində 23 404 partlayıcı əşya aşkar edib, 525 hektar ərazi
təmizlənib.