QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Jun 2023, 12:26
Bakıda yeniyetmə iki həmyaşıdını bışaqlayıb
İyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan Qalanews-a verilən xəbərə görə, aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 162



OXŞAR XƏBƏRLƏR