QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Jun 2023, 12:19
Zakir Həsənov mümkün təxribatların qarşısını dərhal almağa hazır olmaq barədə göstərişlər verib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Qalanews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib. Yekun iclasında təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR