QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 17:09
Heyvanları aqressiv edən nədir?
Bir neçə gündür müxtəlif canlıların hücumuna məruz qalan şəxslər mətbuatın gündəmindən düşmürlər.

Aralarında qulağını uzunqulağın dişlədiyini deyən də var, qarğaların zorakılığına məruz qalmadan şikayətlənən də.

Bu siyahını uzatmaq da olar. Amma qəribə olan bir məqam var ki, ona diqqət çəkmək lazımdır. Adətən sahibsiz itlərin, ayıların, canavarların, hətta ilanların hücumuna məruz qalan insanlardan danışmağa öyrəşdiyimiz halda, son vaxtlar uzunqulaq, qarğa və digər bənzər canlıların insanlara hücumu istər-istəməz müxtəlif suallar doğurur.

Bunu mistik qüvvələrlə əlaqələndirməyə çalışanlar da var, insanların özünün uydurması sayanlar da. Amma ortada danılmaz faktlar olduğu üçün sözügedən canlıların aqressiyasında quduzlaşmaq faktoru da ağlagələn ilk fikirlərdəndir.
Mütəxəssislərin fikrincə, məlum hadisələrdə nə quduzlaşmanın, nə də mistik qüvvələrin rolu var.

Onlar qeyd edirlər ki, məlum hadisələrlə ilkin tanışlıqdan sonra gəldikləri qənaət budur ki, həmin hücuma məruz qalmış şəxslər bizə məlum olmayan, hansısa hərəkətləri ilə məlum canlıları qıcıqlandırıblar.



Baxış sayı: 155



OXŞAR XƏBƏRLƏR