QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 12:32
Milli Məclisin deputatları Fransada görüşlər keçiriblər
Parisdə səfərdə olan Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 8-də Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatən (Pierre Vatin) və qrupun üzvləri ilə görüşüblər.

Bu barədə “Qalanews”a Milli Məclisdən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi görüşdə Fransa Milli Assambleyasının üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verilib.

Fransalı parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Milli Məclisin üzvləri Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlıq mühitinin yaradılması üçün ardıcıl səylər göstərdiyini qeyd ediblər.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.




Baxış sayı: 117



OXŞAR XƏBƏRLƏR