QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Jun 2023, 00:25
Pakistan 25 əfqanı həbsdən azad edib
Pakistan hakimiyyəti aralarında qadın və uşaqların da olduğu 25 əfqan qaçqını həbsdən azad edərək vətənlərinə qaytarıb.

QalaNews xəbər verir ki, bu barədə "TOLO News" "Taliban"ın Kəraçidəki konsuluna istinadən məlumat yayıb.

Əfqanlar Pakistanın ölkənin cənub-şərqində yerləşən Sind əyalətində həbs edilib.

Onlar Əfqanıstanın İslamabaddakı səfirliyinin səyləri nəticəsində Spin-Boldak-Çaman keçid məntəqəsindən keçərək vətənlərinə qaytarılıblar.

Telekanal azad edilən Əfqanıstan vətəndaşlarının nə üçün Pakistan hakimiyyəti tərəfindən saxlandığı barədə təfərrüatlı məlumat verməyib.



Baxış sayı: 144



OXŞAR XƏBƏRLƏR