QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:32
Zelenski təcili iclas keçirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın saatlarda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

“Qalanews” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı şuranın katibi Aleksey Danilov açıqlayıb. 

Onun sözlərinə görə, təcili iclasın keçirilməsinə səbəb Xerson vilayətində yerləşən Kaxovka SES-də partlayışın baş verməsidir. 

Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiyanın nəzarətində olan ərazilərdə yerləşən Kaxovka SES-də partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.




Baxış sayı: 140



OXŞAR XƏBƏRLƏR