QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:12
Gəlinlə bəy toy gecəsi öldü! - Səhər kənd meydanında yandırdılar
Hindistanın Uttar-Pradeş ştatında toy gecəsi bəylə gəlin ölüb. 

Qalanews xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Pratap Yadav və 22 yaşlı Puşpa Yadav mayın 30-da möhtəşəm mərasimlə evləniblər.

Toydan sonra otaqlarına gedən cütlük səhər otaqdan çıxmayıb. Saatlar sonra otağa daxil olan ailə üzvləri yeni cütlüyün dünyasını dəyişdiyini görüblər.

Xəbərdən sonra hadisə yerinə gələn polisin verdiyi açıqlamada cütlüyün infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib.

"Mütəxəssislər cütlüyün otağına baxış keçiriblər və müəyyən ediblər ki, otaqda ventilyasiya yoxdur və tavan ventilyatoru və hava sirkulyasiyası olmadığı üçün ürək dayanması ehtimalı istisna oluna bilməz", -  deyə, polis müstəntiqi bildirib.

Başqa bir məmur isə açıqlamasında cütlüyün otağına zorla girmə əlamətinin olmadığını qeyd edib.

Daha sonra, gənc cütlüyün cəsədləri rayon əhalisinin inancına uyğun olaraq həmin gün kənddə qurulan xüsusi tonqalda yandırılıb.






Baxış sayı: 157



OXŞAR XƏBƏRLƏR