QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 11:57
Dünya bazarında neft cüzi ucuzlaşıb
Çərşənbə axşamı səhər dünya bazarında neftin qiymətləri cüzi düşüb.

“Qalanews” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 0,51 % ucuzlaşaraq 1 bareli 76,32 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,62 % düşərək 1 bareli 71,7 ABŞ dolları təşkil edib.

Bir gün əvvəl hasilatın azalması ilə bağlı xəbərlər fonunda neft qiymətləri artsa da, çərşənbə axşamı Çin tərəfindən tələbin mümkün artması ilə bağlı şübhələr fonunda qiymətlər mənfi dinamikaya keçib.

Xatırladaq ki, “OPEC+” alyansı 2024-cü ildən neft hasilatının ümumi hədəf səviyyəsini gündəlik təxminən 1,4 milyon barel azaldaraq, 40,46 milyon barelə endirilməsi ilə bağlı qərar qəbul edib.



Baxış sayı: 142



OXŞAR XƏBƏRLƏR