Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) karyerasını başa vuran Zlatan İbrahimoviçin yubiley qollarını sıralayıb.
“Qalanews”un qurumun saytına istinadən məlumatına görə, isveçli forvardın karyerasında vurduğu son top da cədvəldə qeyd olunub.
41 yaşlı İbra XXI əsrin ən məhsuldar hücumçuları arasında karyerasını bitirən ilk oyunçu olub. O, dünya futbolunda son 4 onilliyin hər birində qol vuran 10 oyunçudan biridir.