QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 15:07
Keçmiş baş nazirin xanəndə kürəkəni Kanal D-də qonaq oldu
Xanəndə Pərviz Qasımov Türkiyənin "Kanal D" televiziyasında qonaq olub.

Qalanews xəbər verir ki, muğam ifaçısı məşhur aparıcı Özlem Yıldızın reytinqli verilişi "Konuştukca"da iştirak edib. 

Efir zamanı Pərviz "Sən gəlməz oldun" mahnısını səsləndirib. Onun ifası aparıcılar Özlem Yıldızla Dr. Biran Ekici tərəfindən çox bəyənilib. 

Bu barədə Qasımov sosial şəbəkə hesabında bildirib.

O, dəvətə görə "Kanal D" televiziyasının bütün heyətinə təşəkkür edib. 

Xatırladaq ki, Pərviz Qaasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsüdür. Xanəndə sabiq baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var. 



Baxış sayı: 171



OXŞAR XƏBƏRLƏR