QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 15:04
Yurgen Klinsman həbsdə olan futbolçunu yığmaya çağırıb
Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib.

"Qalanews" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hazırda həbsdə olan Son Cun Xonu yığmaya çağırıb.

59 yaşlı çalışdırıcı bildirib ki, bu, 31 yaşlı yarımmüdafiəçiyə dəstək nümayişidir.

Çinin "Şandun Tayşan" klubunda çıxış edən təcrübəli oyunçu ötən ay baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub.

Qeyd edək ki, Cənubi Koreya millisi iyunun 16-da Peru, 4 gün sonra isə El Salvador yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.



Baxış sayı: 136



OXŞAR XƏBƏRLƏR