QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:30
Salyanın su təchizatında yaranmış çətinliklər aradan qaldırılır
Salyan rayonu Kür çayının mənsəbində yerləşdiyi üçün onun su təchizatında müəyyən çətinliklər olur, amma onlar aradan qaldırılır.

"Qalanews" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov bildirib.

Onun sözlərinə görə, xüsusilə əkin sahələrinin suvarılması üçün zəruri tədbirlər görülür: "Salyanda 46 min hektar əkin sahəsi su ilə təmin edilir. Artıq 15 min hektar sahədə taxıl bitkilərinin I və II mərhələdə suvarması başa çatdırılıb. 10 min hektar sahədə əkiləcək pambığa də su verilib. Taxıl və pambıqla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin də suvarılmasının intensiv dövrüdür. Suvarma prosesi müvafiq templə davam etdirilir".

"Salyan suvarma sistemləri idarəsinin balansında olan 29 nasos stansiyasından biri Kürkənd nasos stansiyasıdır. Bu stansiya Xurşud, Noxudlu və Kürkəndi əhatə edən 2 840 hektar torpaq sahəsini su ilə təmin edir. 1982-ci ildən fəaliyyət göstərən və 2022-ci ildə əsaslı təmir olunmuş 2 aqreqatlı Kürkənd nasos stansiyasının ümumi məhsuldarlığı 3,2 m3/san-dir", - deyə Q.Kərimov əlavə edib.




Baxış sayı: 171



OXŞAR XƏBƏRLƏR