QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:28
Bakıda insan resursları və idarəetmə forumu keçirilir
Bakıda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə insan resursları və idarəetmə forumu keçirilir.

"Qalanews" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunub.

Forumun əsas məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir.

Forumda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdimatından sonra tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edəcəklər.

Forumda ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq Memorandumu imzalanacaq.

Qeyd edək ki, ümumilikdə forumda 300-dən çox müxtəlif dövlət və özəl müəssisəsində çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssislər və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edir.

Xatırladaq ki, tədbir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə reallaşdırılıb.



Baxış sayı: 168



OXŞAR XƏBƏRLƏR