QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:27
Sumqayıtda “Göyərçin” parkı ərazisində icazəverici sənədləri olmayan obyekt sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən Qalanews-a verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.



Baxış sayı: 163



OXŞAR XƏBƏRLƏR