QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:16
Bu Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 

"Qalanews"nun Bizim.Media-ya istinadən məlumatına görə, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

***

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna belə cavab verilib: "Rüfət Hacıyevin 2016-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbdə direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib: . Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 




Baxış sayı: 154



OXŞAR XƏBƏRLƏR