QALA NEWS

23 Sentyabr Şənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:01
Qran-pri: Nurlan Osmanov və İbrahim Əliyev tatamiyə çıxacaq
Bu gün Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

"Qalanews"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Hindistan təmsilçisi Vikas Dalalla üz-üzə gələcək.

Eyni çəkidəki İbrahim Əliyev Qırğızıstan idmançısı Abdulla Əliyevlə görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.



Baxış sayı: 120



OXŞAR XƏBƏRLƏR