QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2023, 15:18
ABŞ-nin ən zəngin ulduz qadınları
ABŞ-nin “Forbes” dərgisi Amerikanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.

“Qalanews” xəbər verir ki, siyahıda bir çox məşhur qadınlar da yer alıb.

Həmin şəxsləri təqdim edirik:

Beyonse

ABŞ-nin dünyaca məşhur müğənnisi Beyonse siyahıda 48-ci yerdədir. “Forbes”in məlumatına görə, müğənninin ümumi gəliri 540 milyon dollardır.



Kayli Cenner

Kayli Cenner “Forbes” siyahısında ardıcıl olaraq 6-cı dəfə yer alıb. O, 680 milyon dollar gəlirlə 38-ci yerdədir.



Teylor Svift

17 illik musiqi karyerası ərzində bir çox rekordlara imza atan  və aldığı mükafatlarla tarixə düşən amerikalı müğənni Teylor Svift 740 milyon dollarla musiqi sənayesinin ikinci ən zəngin qadını olub. O, siyahıda 34-cü yerdədir.



Rihanna

Hazırda ikinci övladına hamilə olan Rihanna 20-ci yerdə qərarlaşıb.

O, bu gəlirləri alt geyim markası “SavageXFenty” və gözəllik brendi olan “Fenty Beauty” ilə əldə edib. O, 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısına daxil ola bilib.






Baxış sayı: 147



OXŞAR XƏBƏRLƏR