QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2023, 11:32
Nazir müavini: "Zəngəzur dəhlizi təchizat zəncirinin təhlükəsizliyi üçün əhəmiyyətlidir"
Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olması ilə yanaşı təchizat zəncirinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

"Qalanews" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi üzərindən Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında reallaşdırılacaq regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır.

Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil yollarının, dəmir yollarının inşası istiqamətində mühüm işlər görülür: "Həmin ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbənd dəmir yolu mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihənin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır".



Baxış sayı: 139



OXŞAR XƏBƏRLƏR