QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 15:45
Rusiya Ukraynanı raket atəşinə tutub, 23 nəfər yaralanıb - YENİLƏNİB
Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Dnepropetrovsk vilayətini və onun mərkəzi Dnepr şəhərini raket atəşinə tutması nəticəsində xəsarət alanların sayı artıb.

Qalanews "Unian"a istinadən xəbər verir ki, xəsarət alanların sayı 23 nəfərə çatıb.

***

13:54

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Dnepropetrovsk vilayətini və onun mərkəzi Dnepr şəhərini raket atəşinə tutub.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook”da yazıb.

Zelenski qeyd edib ki, Dnepr şəhərindəki tibb müəssisəsinə raketlərin düşməsi nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak da bu gün Dnepr şəhərinin Rusiya tərəfindən raket atəşinə tutulması barədə “Telegram”da yazıb.



Baxış sayı: 131



OXŞAR XƏBƏRLƏR