Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.
"Qalanews" xəbər verir ki, iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.
Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.
Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.
Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.