Fələstində İsrailə casusluqda ittiham olunan 3 nəfər barəsində edam hökmü çıxarılıb
Fələstinin Qəzza zolağında İsrailə casusluqda ittiham olunan 3 nəfər barəsində edam hökmü çıxarılıb.
“Qalanews” xəbər verir ki, məlumatı Fələstinin “Al-Yum” saytı yayıb.
Fələstinin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi yanında Qəzza Hərbi Məhkəməsi mayın 24-də İsrail hakimiyyəti ilə əlaqəsi olan üç nəfər barədə ölüm hökmü çıxarıb.
Onlardan ikisinin hökmündən apelyasiya şikayəti verilə bilməz. Hökmə əsasən, İsraillə əlaqəsi olan iki nəfər asılaraq edam ediləcək.