Ömər Çelik Sinan Oğanın seçkilərdə Ərdoğanı dəstəkləməsinə münasibət bildirib
“ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğan öz seçicilərinin tələblərinə uyğun olaraq Türkiyə prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana dəstək vermək qərarını verib.
Qalanews-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “TRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Sinan Oğanın əsas tələblərindən biri terrorla mübarizədə heç bir güzəştə gedilməməsidir.