QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 11:34
Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib
26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.

Bu barədə "Qalanews"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:

Heydər Əliyev adına lisey;
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;
İ.Əfəndiyev adına elitar gimnaziya;
“Ankara məktəbi” məktəb-lisey;
132-134 nömrəli təhsil kompleksi;
T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
Zəngi liseyi.
Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.



Baxış sayı: 133



OXŞAR XƏBƏRLƏR