QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 11:18
Azərbaycan çempionatında çıxış edən futbolçu ilk dəfə Belarus millisinə çağırılıb
Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.

“Qalanews”un yerli mətbuata istinadən məlumatına görə, “Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.

Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.

Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.

Qeyd edək ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.



Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR