QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2023, 10:54
Britni Spirs 4,2 milyon dollar ödədiyi vəkilindən imtina etdi: Vəkil isə...
Məşhur müğənni Britni Spirs vəkili Metyu Rozenqarta 16 ayda 4,2 milyon dollar ödəyib.

Bu barədə müğənniyə yaxın mənbələr xəbər veriblər.

Bildirilir ki, vəkil Metyu Rozenqart 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər müştərisi Britni Spirsdən 4 milyon 201 min 856 dollar alıb.

Mediada yayılan məlumata görə, bu, ifaçının işinə görə vəkilə ödədiyi ümumi məbləğin yalnız bir hissəsidir. Bütün vəkil haqqının təxminən 6 milyon dollar olduğu güman edilir.

Bildirilir ki, Spirs baha başa gəldiyi üçün Rozenqartın xidmətlərindən imtina etmək qərarına gəlib.

Bundan sonra hüquqşünas başlanmış işləri heç bir ödəniş etmədən başa çatdırmağa razı olduğunu deyib.



Baxış sayı: 174



OXŞAR XƏBƏRLƏR