Rusiya XİN Maskın bu qərarını məsxərəyə qoydu
Rusiyanın Xarici İşlər Nazirliyi tviter sosial şəbəkəsinin öz loqosunu dəyişməsinə ironik münasibət bildirib.
Qalanews xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi tviter hesabında paylaşım edilib.
Nazirlik öz hesabında tviterin yeni loqosu “Dogecoin”in təsviri olan fotolar paylaşıb. Bununla yanaşı, Rusiya XİN sosial şəbəkənin sahibi İlon Maska müraciət edərək fotoları yeni profil fotosu olaraq təklif etdiklərini qeyd edib.
“Hey, İlon Mask, bunlar bir neçə profil fotosu ideyasıdır, buyur”, - deyə paylaşımda qeyd olunub.
Bundan əvvəl isə, Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova tviterin loqosunun dəyişməsi ilə bağlı öz teleqram kanalında paylaşım edib və “Quşu yeyən it belə görünür” şərhini verib.