QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 17:48
Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb
Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub.

Bu barədə  Qalanews  dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"Xidmətin mütəxəssisləri tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb", - məlumatda deyilir.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.



Baxış sayı: 173



OXŞAR XƏBƏRLƏR