QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 16:49
Qubada azyaşlılara tütün məmulatı və alkoqollu içkilər satanlar cərimələnib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  Qalanews-a  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.



Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR