QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 16:01
Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub
Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub
Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub.

Qalanews-un  məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb:

“Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, parakarate və digər idman növlərində uğurlarımız oldu”.

Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb:

“Üç qızıl, bir gümüş və bir bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”.



Baxış sayı: 149



OXŞAR XƏBƏRLƏR