QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 15:52
Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin dəyər verdiyi bir lider idi”
Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin dəyər verdiyi bir lider idi”
“Heydər Əliyev görkəmli şəxsiyyət idi və daim müasirlərinin yüksək dəyər verdiyi lider təəssüratı doğurub”.

Bunu şənbə günü  Latviyanın sabiq prezidenti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin (NGBM) həmsədri Vayra Vike-Freyberqa “Trend” BİA və NGBM-in birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

Vayra Vike-Freyberqa 1999-cu ildə Yalta səfəri zamanı Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyevlə görüşünü xatırlayaraq onun üçün bu hadisənin nə qədər xüsusi olduğunu qeyd edib.

“Mən ondan Qafqazdakı vəziyyət, xüsusi şərait, region ölkələrinin öz müstəqilliklərini qəti şəkildə təsdiqləmək üçün keçməli olduğu çətinliklərlə bağlı çox şey öyrəndim. O, həmçinin, keçid prosesini hələ sovet dövründən yüksək vəzifələrdə çalışmış və həmin vaxtlarda avtokratiyadan demokratiyaya keçidin ardınca gətirəcəyi hiylələri və demokratiyaya nail olmağın necə çətin olduğunu yüksək səviyyədə anlaya bilən bir dövlət xadiminin nöqteyi-nəzərindən izah edirdi”,- o deyib.



Baxış sayı: 136



OXŞAR XƏBƏRLƏR