QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 14:34
Rüşvət alan gömrükçü barədə - Yeni xəbər
Rüşvət alan gömrükçü barədə - Yeni xəbər
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib.

Qalanews   Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru Cavid Məmmədovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Cavid Məmmədovun ayrı-ayrı vətəndaşlara gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Baxış sayı: 149



OXŞAR XƏBƏRLƏR